AZ

Zaqatalada ildırım düşən ev YANDI

Zaqatalada yaşayış evini ildırım vurub.

Gecə saatlarında Şimal-Qərb bölgəsində xüsusən Zaqatala rayonunda güclü ildırım hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu rayon Fövqəladə Hallar Komissiyasına istinadən bildirir ki, ötən axşamdan başlayaraq rayon ərazisində hava şəraiti qəflətən dəyişib və güclü ildırım çaxmalarla müşayiət olunub.

Gecə saatlarında isə rayonun Yuxarı Tala kənd sakini Maarif Aslanova məxsus, altı otaqlı, ümumi sahəsi 182 kv/m olan fərdi yaşayış evini ildırım vurub.

Nəticədə evdə güclü yanğın başlayıb.

Qonşuların vasitəsi ilə yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları 60 kv/l-lik sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
35
bizim.media

10Mənbələr