AZ

Şəkidə mənzildə yanğın bu səbəbdən olub - FOTO

Xəbər verdiyimiz kimi, Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində İslam Əmrahova məxsus 9 otaqlı evdə baş verib. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.  

Bizim.Media xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, yanğının baş verdiyi əraziyə texnikanın girməsi bir qədər çətinlik yaradıb. 

Belə ki, küçələr dar və ensiz olduğundan yanğınsöndürən maşınlar uzaq məsafədən su vurmaq məcburiyyətində qalıb. Lakin yanğınsöndürənlərin səyi nəticəsində yanğın lokallaşdırılıb və yaxınlıqdakı digər evlərə və tikililərə keçməsinin qarşısı alınıb. 
İlkin araşdırmalara əsasən yanğına səbəb elektrik naqillərinin nasazlığı və qısa qapanma səbəb olub. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Araşdırmalar davam etdirilir . 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
35
bizim.media

10Mənbələr