AZ

Zaqatalada fərdi yaşayış evini ildırım vurub - FOTO - YENİLƏNİB

Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 182 m² olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 85 m² sahədə və dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

08:14

Zaqatalada 6 otaqlı fərdi yaşayış evini ildırım vurub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saat 03:53-də rayonun Yuxarı Tala kəndində baş verib.

Kənd sakini Maarif Hacımusa oğlu Aslanova məxsus, ümumi sahəsi 182 kv/m olan fərdi yaşayış evini ildırım vurub.

Daha sonra evdə yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları 60 kv/l-lik sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Zaqatalada Zaqatalada Zaqatalada Zaqatalada
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
35
apa.az

10Mənbələr