AZ

Zaqatalada ildırım düşən ev yandı

Zaqatalada 6 otaqlı fərdi yaşayış evini ildırım vurub.

7News.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 03:53-də rayonun Yuxarı Tala kəndində baş verib.

Kənd sakini Maarif Hacımusa oğlu Aslanova məxsus, ümumi sahəsi 182 kv/m olan fərdi yaşayış evini ildrım vurub.

Daha sonra evdə yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları 60 kv/l-lik sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

7News.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
35
7news.az

10Mənbələr