AZ

"Fənərbağça" Maneni transfer etməyə yaxındır

\"Fənərbağça\" klubu seneqallı futbolçu Sadio Maneni heyətinə qatmaq istəyir. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub 32 yaşlı futbolçunun meneceri və çıxış etdiyi Səudiyyə Ərəbistanının \"Əl-Nəsr\" klubu ilə danışıqlara başlayıb.

Danışıqları Kadıköy təmsilçisinin idman direktoru Mario Branko aparır.
 
O, transfer prosesi ilə bağlı ümidvar olduğunu qeyd edib. 

Xatırladaq ki, Mane bu mövsüm \"Əl-Nəsr\"də 46 oyuna çıxıb, 19 qol, 11 asist ilə yadda qalıb.
 
Mikayıl
Seçilən
90
8
azxeber.com

10Mənbələr