AZ

Dünya ulduzu "Fənərbağça"ya gəlir?

Türkiyənin "Fənərbağça" klubu heyətini dünya ulduzları ilə gücləndirmək istəyir.

"Cebhe.info" xəbər verir ki, "sarı bülbüllər"in hədəfindəki futbolçulardan biri də Alvaro Moratadır. 

İstanbul təmsilçi ilə "Atletiko Madrid" arasında 31 yaşlı hücumçunun transferi üçün danışıqlar aparılır. 

Hətta "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo da ispan futbolçunun meneceri ilə görüşüb. Tərəflər arasında razılıq əldə olarsa, "Fənərbağça" bu transfer üçün 12 milyon avro ödəyəcək. 

Qeyd edək ki, Morata ötən mövsüm Madrid klubunda 49 matçda 22 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
8
cebheinfo.az

10Mənbələr