AZ

İdmanKent "Fənərbağça"dan "Beşiktaşa"a gedir

SİZİN REKLAM BURADA!055 213 76 73

"Fənərbağça"nın futbolçusu Ryan Kent "Beşiktaş"a keçə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

"Beşiktaş"ın yeni baş məşqçisi Covanni van Bronkhorst "Qlazqo Reyncers"dən keçmiş yetirməsi Rayan Kentin İstanbul klubunda olmasını hədəfləyir.

Mövsümün əvvəlində Şotlandiya komandasından "Fənərbağça"ya transfer olunan Kentin maaş yükündən qurtulmaq üçün klubun ingilis futbolçu ilə yollarını ayıracağı gözlənilir.

"Beşiktaş" rəhbərliyinin təcrübəli cinah oyunçusunu heyətinə qatmaq üçün hərəkətə keçdiyi qeyd edilib.

Bu mövsüm "Fənərbağça"nın heyətində 18 matça çıxan və ümumilikdə 736 dəqiqə meydanda olan Kent 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, ingilis futbolçunun hazırki klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir.

BAKU.WS

Seçilən
102
8
far.az

10Mənbələr