AZ

"Fənərbağça" Batşuayinin yerini Memfis Depayla doldurmağa çalışır

"Fənərbağça" Batşuayinin yerini Memfis Depayla doldurmağa çalışır. SİA İspaniya mətbuatına istinadən xəbər verir ki, futbolçunun "Atletiko Madrid"lə müqaviləsi iyunun 30-da başa çatacaq. Klub Depayla yeni sözləşmə imzalamaq niyyətində deyil.

Qeyd edək ki, ispan mediasında "Fənərbağça"nın Çağlar Söyüncü və Alvaro Moratanı da Madrid təmsilçisindən qoparmaq istədiyi bildirilib. Depaya gəlincə isə, futbolçu ötən mövsüm 33 oyunda 9 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
2
sia.az

10Mənbələr