AZ

Memfis Depay "Milan"a keçə bilər

"Atletiko"dan ayrılan Memfis Depay karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Milan" niderlandlı hücumçunu rənglərinə bağlamaq istəyir. Bu barədə jurnalist Canluka Di Martsio məlumat yayıb.

"Milan" azad agent statusunda olan 30 yaşlı forvardla danışıqlara başlayacaq.

Qeyd edək ki, Memfis Depay ötən mövsüm "Atletiko"nun heyətində meydana çıxdığı 32 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
8
sportal.az

10Mənbələr