AZ

Fransada erkən seçkilərdə ifrat sağçıların qalib gələcəyinə zəmanət verilir – Sorğu

Fransa prezidenti Emmanuel Makronun parlamenti buraxmaq barədə şok qərarından sonra dərc olunan ilk rəy sorğusu ifrat sağçı "Milli birliyin” erkən seçkilərdə qalib gələcəyini, lakin mütləq çoxluğu əldə etməyəcəyini göstərir.

Qaynarinfo Euractiv-ə istinadən xəbər verir ki, bunu Toluna Harris Interactive for Challenges, M6 və RTL tərəfindən təqdim edilən sorğunun nəticələri sübut edir

Sorğuya görə, Marin Le Penin anti-immiqrasiya və Avroskeptik "Milli birlik” partiyası Milli Assambleyada 235-265 yer qazanacaq. Partiyanın hazırda cəmi 88 mandatı var.

Lakin mandatların təxmini sayı mütləq çoxluq üçün tələb olunan 289-a çatmır.

Sorğu göstərib ki, Makronun mərkəzçi alyansının deputatlarının sayı iki dəfə azala bilər - 250-dən 125-155-ə qədər.

Sol partiyalar birlikdə 115-145 yer qazana bilər. 

Makronun parlamenti buraxmaq qərarı getdikcə populyarlaşan ifrat sağa hakimiyyəti ələ keçirmək üçün real şans verir. Bu qərar dərhal avronun ucuzlaşmasına səbəb olub, Fransa səhmləri və dövlət istiqrazları çöküb.

Avropa Parlamenti seçkilərində "Milli birlik” 31,4%, Makronun "İntibah” partiyası koalisiyası isə 14,6% səs toplayıb.

"Milli birlik” Fransa parlamentində səs çoxluğu qazansa belə, Makron daha 3 il prezident olaraq qalacaq və müdafiə və xarici siyasətə nəzarət edəcək. 

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
14
qaynarinfo.az

10Mənbələr