AZ

"Makrondan əvvəl dünya liderləri..." - Kremldən Fransada keçiriləcək seçkilərə REAKSİYA

Kreml Fransa Prezidenti Emmanuel Makronun növbədənkənar parlament seçkisi təyin etməsinə reaksiya verib.

 

Sfera.az bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində danışıb.

 

O qeyd edib ki, Rusiya digər ölkələrin işlərinə qarışmayacaq: “ABŞ və Avropanın böhtanlarının əksinə olaraq, Rusiya Federasiyası digər ölkələrin işlərinə qarışmır və buna görə də Fransada parlamentin buraxılmasını şərh etmək niyyətində deyilik. Amma belə bir addım siyasi dairələrdə yenilik deyil, bunu Makrondan əvvəl də digər dünya liderləri edib”.

 

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Milli Assambleyanın (Fransa parlamentinin aşağı palatası) buraxılması və növbədənkənar seçkinin keçirilməsi barədə qərar qəbul edib. 

 

Günay 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
14
sfera.az

10Mənbələr