AZ

İşçilərin dələduzluğunun könüllü sığortasına maraq azalıb

 Azərbaycanda cari ilin 4 ayı üzrə işçilərin dələduzluğunun könüllü sığortası üzrə yığımların və ödənişlərin həcmi məlum olub.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 82 min manat təşkil edib.

 Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 min manat və ya 6% azdır.

2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 87 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
fed.az

10Mənbələr