AZ

Azərbaycanda könüllü fərdi qəza və xəstəlik sığortası üzrə yığımlar və ödənişlər artıb

Azərbaycanda 2024-cü ilin yanvar-aprel aylarında könüllü  fərdi qəza və xəstəlik sığortası üzrə yığımlar 1 milyon 252 min manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 335 min manat və ya 36% çoxdur.

2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 917 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 123 min  manat təşkil edib. Ödənişlərdə illik müqayisədə 83 min manat və ya 3 dəfə artım olub.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
18
fins.az

10Mənbələr