AZ

 Azərbaycanda peşə məsuliyyətinin könüllü sığortasına maraq 61% artıb

 Azərbaycanda cari ilin 4 ayı üzrə peşə məsuliyyətinin könüllü sığortası üzrə yığımların və ödənişlərin həcmi məlum olub.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 182 min manat təşkil edib.

 Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 449 min manat və ya 61% çoxdur.

2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 733 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
fed.az

10Mənbələr