AZ

Azərbaycanda həyatın yaşam sığortası bazarı böyüyüb

Azərbaycanda 2024-cü ilin yanvar-aprel aylarında həyatın yaşam sığortası üzrə yığımlar 255 milyon 141 min manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 59 milyon 728 min manat və ya 31% çoxdur.

Ötən ilin yanvar-aprel aylarında bu göstərici 195 milyon 413 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 127  milyon 66 min manat təşkil edib ki, bu da illik müqayisədə 56 milyon 5 min manat və ya 79% çoxdur.

Ötən ilin eyni dövründə 71 milyon 62 min manat sığorta ödənişləri edilib.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
18
fins.az

10Mənbələr