AZ

Azərbaycanda səyahət sığortası bazarı 11 % azalıb

 Azərbaycanda 2024-cü ilin yanvar-aprel aylarında xaricə səfər edən vətəndaşların könüllü sığortası üzrə yığımlar 1 milyon 383 min manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 177 min manat və ya 11% azdır.

2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 1 milyon 559 min manat təşkil edib.

Bu dövrdə bu növ sığorta ödənişləri 84 min  manat təşkil edib. Ödənişlərdə illik müqayisədə dəyişikik olmayıb.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
18
fins.az

10Mənbələr