AZ

ABŞ xarici agentlərlə bağlı qanuna görə, Tiflisə viza qadağası qoyacaq

ABŞ “Xarici agentlər haqqında” qanuna görə Gürcüstana qarşı viza məhdudiyyətləri tətbiq edəcək.

Azpost.info bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib. Bu barədə TASS məlumat yayıb.

“Biz açıq şəkildə demişik ki, bunu  tətbiq etməkdə tərəddüd etməyəcəyik” – deyən Miller vurğulayıb. O bildirib ki, Vaşinqton qadağanın tətbiqinin vaxtı ilə bağlı hələ qərar verməyib.

Bundan əvvəl Dövlət Departamenti Gürcüstanın qanun layihəsini qəbul etdiyinə görə cəzalandırılacağını bildirmişdi.

İyunun 3-də Gürcüstanda mübahisəli “Xarici təsirin şəffaflığı haqqında” qanun qüvvəyə minib. Parlament Gürcüstan prezidenti Salome Zurabişvilinin vetosunu ləğv edib.

Baş nazir İrakli Kobaxidze qanun layihəsinin qəbulunun suverenliyin və təhlükəsizliyin qorunması üçün zəruri olduğunu deyib.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
50
azpost.info

10Mənbələr