AZ

ABŞ xarici təsir qanununa görə Gürcüstanın hökumət üzvlərinə və bir sıra vətəndaşlara sanksiyalar tətbiq edib - YENİLƏNİB

ABŞ “xarici təsir” qanununun qəbul edilməsi ilə əlaqədar Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının üzvlərinə, Gürcüstan parlamentinin deputatlarına, həmçinin aksiyaların dağıdılmasında iştirak edən polis zabitlərinə sanksiya tətbiq edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə bildirib.

O, sanksiyaların Gürcüstanın təxminən 20-30 rəsmisinə və onların birinci dərəcəli ailə üzvlərinə şamil edildiyini vurğulayıb.

“ABŞ “Gürcü Arzusu” partiyasının anti-demokratik əməllərindən, həmçinin onun bu yaxınlardakı bəyanatlarından və ritorikasından dərin narahatlıq keçirir. Bu əməllər Gürcüstanı Avropa gələcəyindən çıxarmaq riski daşıyır və Gürcüstan konstitusiyasına və öz əhalisinin istəyinə ziddir”, - Miller deyib.

Metyu Miller əlavə edib ki, Dövlət Departamenti bu əməllərə görə məsuliyyət daşıyan rəsmilərə, Gürcüstan vətəndaşlarının sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasında rol oynayan, həmçinin aksiyaçılara zorakılıqla müdaxilə edilməsində iştirak edənlərə, vətəndaş cəmiyyəti üzvlərinin təhdid edilməsinə görə məsuliyyət daşıyanlara və dezinformasiya yayılmasına görə məsuliyyət daşıyanlara, onların ailə üzvlərinə viza məhdudiyyəri tətbiq edib.

“Viza məhdudiyyətlərinin ilk tranşı “Gürcü Arzusu “partiyasının üzvlərini, parlament üzvlərini, hüquq mühafizə orqanı əməkdşlarını və özəl şəxsləri əhatə edir. Biz hələ də ümid edirik ki, Gürcüstanlı liderlər öz əməllərini bir daha gözdən keçirəcəklər. Gürcüstan hökumətinin öz trayektoriyasını dəyişmək üçün hələ də vaxtı var”, - Dövlət Departamentinin rəsmisi deyib.

Miller Gürcüstan hökuməti öz mövqeyini bir daha nəzərdən keçirməyəcəyi və Avro-Atlantik inteqrasiya istiqamətində addımlar atmayacağı təqdirdə ABŞ-nin əlavə tədbirlər görməyə hazır olduğunu qeyd edib.

***
22:04

ABŞ Dövlət Departamenti onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumlarına qarşı viza sanksiyaları tətbiq edib.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.

Miller bildirib ki, viza məhdudiyyətlərinin ilk “dalğası” öncəlikə “Gürcü Arzusu” partiyasının üzvlərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına təsir edəcək.

Vaşinqton Gürcüstanda qəbul edilən "Xarici təsir haqqında" qanunla bağlı əlavə tədbirlər görməyə hazırdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
50
apa.az

10Mənbələr