AZ

İsrail ordusu Qəzza zolağında rusları azad edib

İsrail hərbçiləri xüsusi əməliyyat zamanı Qəzza zolağında 4 girovu azad ediblər.

Oxu24.com xəbər verir ki, azad edilənlər arasında Rusiya vətəndaşı Andrey Kozlov da var.

Evə buraxılanların hamısı tibb müəssisəsinə aparılıb. İsrail ordusunun bəyanatında deyilir ki, bu səhər Nuseyratda dörd rusiyalı girov azad edilib. Bunlar 27 yaşlı Kozlovdan başqa, Nuh Arqamani (25 yaş), Almoq Meir (21 yaş), Şlomi Zivdir (40 yaş). Onların hamısı Fələstinin Həmas qrupu tərəfindən oktyabrın 7-də Nova musiqi festivalından qaçırılıb.

Hərbçilərin dediyinə görə, dördünün də vəziyyəti yaxşıdır. Əlavə müayinə üçün əsirlikdən azad edilənlər Tel Haşomerdəki tibb mərkəzinə təxliyə edilib.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
3
oxu24.com

10Mənbələr