AZ

İsrail ordusu Qəzza zolağında daha 4 girovun öldüyünü bildirib

İsrail hərbçiləri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının radikalları tərəfindən girov götürülən daha 4 nəfərin öldüyünü açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, bunlar Nadav Popplevel (51 yaş), Yoram Metzger (80 yaş), Amiram Kuper (80 yaş) və Çaim Peridir (79 yaş). Onların hamısı 2023-cü il oktyabrın 7-də fələstinli radikallar tərəfindən qaçırılıb. 

"Dörd girovun öldüyünü elan etmək qərarı kəşfiyyat məlumatlarına əsaslanır və bu, Dini İşlər Nazirliyi və İsrailin Baş Ravvini ilə razılaşdırılaraq Səhiyyə Nazirliyinin ekspert komissiyası tərəfindən təsdiqlənib", - deyə məlumatda bildirilir.

Hərbçilərin məlumatına görə, ölənlərin cəsədləri Qəzza zolağında HƏMAS radikalları tərəfindən saxlanılır. Ordu əlavə edib ki, onların ölüm şəraiti hələ müəyyən edilməyib, araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
3
operativmedia.az

10Mənbələr