AZ

Qəzzada atəşkəs axtarışları davam edir

İsrail nümayəndə heyəti Qəzzada əsir mübadiləsi və atəşkəs təkliflərini müzakirə etmək üçün Qahirəyə gedib.

Turkustan.az xəbər verir ki, İsrail heyətinin oktyabrın 7-dən bəri intensiv hücumlara məruz qalan Qəzza zolağında atəşkəs və əsir mübadiləsi təklifi layihəsini müzakirə etmək üçün Misirin paytaxtı Qahirəyə getdiyi bildirilib.

Livanın “Əl Əxbar” qəzetinin Misir mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, nümayəndə heyəti danışıqlar zamanı atəşkəs və məhbusların azad edilməsi ilə bağlı İsrailin son təklifi ilə bağlı mövqeyini açıqlayacaq.

Mənbələr ABŞ-ın İsrailə təzyiqləri və regional diplomatik səylər nəticəsində razılaşmanın gələn həftənin əvvəlində qüvvəyə minə biləcəyini iddia edib. Bununla belə, eyni mənbələr Misir administrasiyasının “İsrail hökumətinin əsirlərin bir qismini götürdükdən sonra atəşkəsə əməl etməyəcəyindən” narahat olduğunu da qeyd edib.

ABŞ prezidenti Co Bayden mayın 31-də Ağ Evdəki çıxışında İsrailin mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini bildirsə də, İsrailin baş naziri Binyamin Netanyahu daha sonra parlamentin Xarici Əlaqələr və Müdafiə Komitəsində çıxışında bəyan edib. İsrailin təklifi ilə Baydenin təklifi arasında "boşluqlar" olduğunu iddia edib.

Həmas isə Baydenin bəyanatından sonra "daimi atəşkəs, işğalçı qüvvələrin Qəzza zolağından çıxarılması, yenidənqurma və əsir mübadiləsi" ilə bağlı təkliflərə müsbət baxdıqlarını açıqlayıb.

Bu arada Misir İsrail Qəzza sərhədindən çəkilməyincə Rəfah Sərhəd Qapısını açmamaq mövqeyindədir.

Qahirə televiziyasının yüksək səviyyəli mənbələrdən verdiyi məlumata görə, iyunun 2-də Misirin ev sahibliyi ilə paytaxt Qahirədə ABŞ və İsrail nümayəndə heyətləri ilə görüş keçirilib. Misir rəsmiləri, İsrailin Qəzza sərhədindəki Rəfahı işğal etməsindən sonra bağlanan sərhəd qapısının İsrailin sərhəddən çəkilməsi şərti ilə açılmasında israr etmişdi.

İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılması barədə xəbərdarlıq edib. Bunun ardınca mayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.

Qəzza zolağının xarici dünyaya yeganə sərhəd keçid məntəqəsi olan Rəfah bölgədə İsrailin işğalı başladığı 7 may tarixindən etibarən bağlanıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
50
turkustan.az

10Mənbələr