AZ

İsrail ordusu Qəzzada daha 4 girovun öldüyünü bildirdi

İsrail hərbçiləri Qəzza zolağında Həmas hərəkatı tərəfindən girov götürülən daha 4 nəfərin öldüyünü açıqlayıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, bunlar Nadav Popplevel (51 yaş), Yoram Metzger (80 yaş), Amiram Kuper (80 yaş) və Çaim Peridir (79 yaş). Onların hamısı 2023-cü il oktyabrın 7-də fələstinli radikallar tərəfindən qaçırılıb.

“Dörd girovun öldüyünü elan etmək qərarı kəşfiyyat məlumatlarına əsaslanır və bu, Dini İşlər Nazirliyi və İsrailin Baş Ravvini ilə razılaşdırılaraq Səhiyyə Nazirliyinin ekspert komissiyası tərəfindən təsdiqlənib”, - deyə məlumatda bildirilir.

Hərbçilərin məlumatına görə, ölənlərin cəsədləri Qəzza zolağında Həmas tərəfindən saxlanılır. Onların ölüm şəraiti hələ müəyyən edilməyib və hələ də araşdırma aparılır.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
redaktor.az

10Mənbələr