AZ

İsrail Qəzzada BMT məktəbinə raket zərbələri endirdi: azı 45 ölü – CNN

Cümə axşamı, iyunun 6-na keçən gecə İsrail ordusu Qəzza zolağında BMT-yə məxsus məktəbə raket zərbəsi endirib. Fələstin anklavının səlahiyyətlilərinə görə, atəş nəticəsində azı 45 nəfər həlak olub. İsrail hava hücumunu təsdiqləyərək hərbçilərin məktəbin daxilindəki HƏMAS obyektini hədəf aldığını bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunur ki, Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlar Agentliyi (UNRWA) tərəfindən idarə olunan məktəb tətil zamanı Nuseyrat qaçqın düşərgəsindən didərgin düşmüş insanlar üçün məskunlaşıb.

Agentliyin məlumatına görə, üçmərtəbəli məktəbə ən azı üç raket atılıb. İlkin məlumata görə, bu ərazidə 20 minə yaxın köçkün yerləşdirilib.

Yaxınlıqdakı Əl-Əqsa Şəhidləri Xəstəxanasının rəhbərliyi bildirib ki, qurbanların cümə axşamı səhəri xəstəxanaya çatdırılması davam etdiyi üçün ölənlərin sayı arta bilər.

CNN-in məlumatına görə, İsrail Müdafiə Qüvvələri, havadan müşahidə və "əlavə dəqiq kəşfiyyat məlumatlarından” istifadə də daxil olmaqla, zərbədən əvvəl təhlükəni minimuma endirmək üçün "bir çox tədbirlər” gördüyünü bildirib.

Nizami Bağırov


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
qaynarinfo.az

10Mənbələr