AZ

Macarların 46%-i Aİ-nin Ukraynaya yardımına qarşı çıxdı - Sorğu

Macarıstan vətəndaşlarının 46%-i hesab edir ki, Avropa İttifaqı heç bir şəkildə Ukraynaya dəstək verməməlidir. Eyni zamanda, macarların 32%-i maliyyə, iqtisadi və humanitar vasitələrlə Aİ yardımını dəstəkləyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Macarıstanın 24.hu agentliyi məlumat yayıb.

"Závecz Research” şirkəti tərəfindən aparılan sorğuya görə, macarların 16%-i Ukraynaya silah və hərbi texnika göndərməyə razılıq verir.

Sorğunun nəticələri göstərir ki, Macarıstanda qadınlar (respondentlərin 54%-i) kişilərdən (38%) daha çox Aİ-nin Ukraynaya yardımına qarşıdırlar.

Mayın 29-da məlum olub ki, Macarıstan Aİ səfirlərinin görüşündə milli azlıqların hüquqları məsələsinə görə Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar çərçivəsi layihəsinin təsdiqini əngəlləyir. 

Mayın 30-da "Politico” üç diplomata istinadən bəyan edib ki, baş nazir Viktor Orbanın Rusiya Federasiyası ilə sıx əlaqələri və Ukrayna ilə bağlı mövqeyinə görə, Aİ liderləri Macarıstana növbəti Avropa Komissiyasında aşağı vəzifə verməyi planlaşdırır.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
50
qaynarinfo.az

10Mənbələr