AZ

Finlandiya Aİ ilə İsrail arasında ticarətin mümkün dayandırılmasına qarşı çıxıb

Finlandiyanın xarici ticarət və inkişaf naziri Ville Tavio Avropa İttifaqı (Aİ) ilə İsrail arasında mümkün ticarətin dayandırılmasına qarşı çıxış edib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

 

“İnanıram ki, biz İsraillə ticarəti davam etdirməliyik. Bunun bizim səbəblərimiz var”, - deyə rəsmi bildirib.

 

Onun sözlərinə görə, İsrail yüksək texnologiyalı ölkələrdən biri hesab olunur. Yəhudi dövlətinin iqtisadiyyatında elə sektorlar var ki, bölgə ictimaiyyəti onlarla işləməyi bacarmalıdır. Bundan başqa, Tavio Avropa gücləri ilə İsrail arasında hərbi sahədə əməkdaşlığa diqqət çəkib.

 

Nazirin dediyi kimi, bütün bunlarla bağlı Aİ ilə yəhudi dövləti arasında ticarətin dayandırılmasının məqsədəuyğunluğuna şübhə edir.

 

Mayın 28-də İrlandiyanın xarici işlər naziri Mixaul Martin bəyan edib ki, regional birliyə üzv ölkələrin xarici əlaqələr idarələrinin rəhbərləri ilk dəfə olaraq İsrailə qarşı sanksiyaların tətbiqi imkanlarını müzakirə ediblər.

 

Söhbət yəhudi dövlətinin Beynəlxalq Ədalət Məhkəməsinin Qəzza zolağında, o cümlədən Rəfah şəhərində hərbi əməliyyatların dayandırılması tələbini yerinə yetirməkdən imtina etməsi halında məhdudiyyətlərin tətbiqindən gedir.

 

Bundan əvvəl Belçika Aİ-də İsrailə qarşı ticarət sanksiyaları ilə bağlı müzakirələrə başlayıb.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
50
oxu24.com

10Mənbələr