AZ

Türkiyənin Aİ-yə üzvlük prosesində Macarıstanın dəstəyi vacibdir

Bakı,TurkicWorld:

Türkiyənin Aİ-yə üzvlük prosesində Macarıstanın dəstəyi vacibdir

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla telefon danışığı zamanı deyib.

Prezident Ərdoğan Macarıstana Avropa Birliyinə sədrlik müddətində uğurlar arzulayaraq, Türkiyənin Avropa Birliyinə üzvlük prosesinin canlanmasında Macarıstanın dəstəyinin vacib olduğunu bildirib.

Bundan əlavə, görüşdə Türkiyə ilə Macarıstan münasibətləri, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan telefon danışığı zamanı Viktor Orbanı ad günü münasibətilə təbrik edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
50
turkic.world

10Mənbələr