AZ

Aİ Orbana cəza verəcək

Avropa İttifaqının bir sıra ölkələrinin başçıları Macarıstanın baş naziri Viktor Orbanı Ukrayna ilə bağlı tutduğu mövqeyə görə Avropa Komissiyasında (AK) Macarıstan üzrə nüfuzlu vəzifələrin sayını azaltmaqla cəzalandırmaq niyyətindədirlər, Avropanın Politico nəşri xəbər verir.

Turkustan.az xəbər verir ki, Aİ hesab edir ki, Macarıstan üçün Aİ-də mühüm postların saxlanılmasından söhbət gedə bilməz. Xüsusilə, Aİ macar diplomat Oliver Varhelinin Aİ-nin Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa Komissarı vəzifəsinə yenidən təyin olunmasına icazə verməyəcək.

Dəfələrlə Orban tərəfindən tənqid edilən AK rəhbəri, ginekoloq Ursula fon der Leyen də Macarıstanın Aİ-də təmsilçiliyinin azaldılmasının tərəfdarıdır.

Orban ümid edir ki, Qərb Ukraynaya qoşun yeritməkdən və Rusiyadakı hədəfləri vurmaq üçün istifadə oluna biləcək silahları Kiyevə ötürməkdən çəkinəcək. Macarıstan dəfələrlə Aİ vasitəsilə Kiyevə hərbi yardım tranşlarının ayrılmasına mane olub.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
50
turkustan.az

10Mənbələr