AZ

Macarıstan Aİ-də aşağı vəzifələrlə "cəzalandırılacaq"

Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna münaqişəsinə dair Macarıstanın mövqeyi və Budapeştin Kiyevə yardım göstərməyə qarşı müqavimətinə görə bu ölkəni "cəzalandırmaq" və onun nümayəndələrinin Avropa Komissiyasında yüksək vəzifələrə təyin olunmasına imkan verməmək niyyətindədirlər.

Bu barədə "Politico" nəşri mənbələrə istinadən yazır.

"Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya qarşı davamlı obstruksionizmindən bezən Aİ liderləri onu cəzalandırmağı planlaşdırırlar - ölkə nümayəndələrinə Avropa Komissiyasının növbəti tərkibində aşağı səviyyəli mövqelər verməyə hazırlaşırlar", - deyə məqalədə bildirilir.

Qeyd edək ki, iyun ayında Macarıstan Avropa Şurasına sədrlik edəcək, bu isə Budapeştə gündəm müəyyən etmək səlahiyyəti verəcək.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
50
oxu.az

10Mənbələr