AZ

Britaniya Kiyevə“Storm Shadow” raketlərindən hücum üçün istifadəyə icazə verib

Ukrayna ordusu Britaniya hakimiyyətinin icazəsi ilə Rusiya ərazisinə hücum etmək üçün uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadə edib.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg”ə Ukraynanın strateji sənaye nazirinin müşaviri Yuri Sak bildirib.

“Böyük Britaniya Ukraynaya uzun mənzilli “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verib. Biz onlardan uğurla istifadə edirik”, – Sak deyib.

O, Kiyevin bu silah növündən tam olaraq nə vaxt istifadə etdiyini açıqlamayıb.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Krımdakı hərbi obyektlərə və Rusiya Qara Dəniz Donanmasının gəmilərinə hücum etmək üçün “Storm Shadow”dan istifadə etdiyi bildirilirdi.

Hazırda ABŞ və Avropada Ukraynaya Qərb silahlarından Rusiya daxilindəki hərbi hədəflərdə istifadə etmək hüququnun verilməsi ilə bağlı fəal müzakirələr gedir. Mayın 22-də məlum olub ki, bir qrup amerikalı konqresmen müvafiq tələblə Pentaqonun rəhbəri Lloyd Ostinə müraciət edib.

Azpost.info

 

Seçilən
120
40
azpost.info

10Mənbələr