AZ

Ukrayna: Rusiyanı Qərb silahları ilə vurduq

Ukraynanın dövlət naziri İrina Vereşçuki vurulduğunu iddia etdiyi Rusiya raket sisteminin şəklini dərc edib.

Turkustan.az xəbər verir ki, ABŞ və Almaniya kimi Qərb ölkələri Ukraynaya verdikləri silahlarla Rusiya ərazisini vurmağa icazə verdikdən sonra Ukrayna qüvvələri bu silahlarla Rusiyanı vurmağa başladıqlarını və Rusiya daxilində S-300 hava hücumundan müdafiə sistemini məhv etdiklərini açıqladılar.

Ukraynanın dövlət naziri İrina Vereşçuki öz Facebook hesabında foto ilə bağlı açıqlamasında deyib: “Çox gözəl yanır. Bu, Rusiya ərazisindəki S-300 hava hücumundan müdafiə sistemidir. Düşmən ərazisində Qərb silahlarının istifadəsinə icazə verilməsinin ilk günlərindədir. Vereşçuk hücumda hansı ölkənin silahlarından istifadə edildiyi barədə təfərrüatları bölüşməyib. Başda ABŞ olmaqla 12 NATO ölkəsi Rusiyaya qarşı silah istifadəsinə yaşıl işıq yandırmışdı. Yerli mənbələrin məlumatına görə, Ukrayna qüvvələri Ukraynanın Xarkov vilayətinin hücuma məruz qaldığı Belqorod şəhəri ətrafı və Rusiya ərazisindəki Kursk vilayətini vurub. Hücumlarda Amerika istehsalı olan HIMAR raketlərindən istifadə edilib. Cəbhədəki müharibə müxbirlərinin verdiyi məlumata görə, Ukrayna ordusu Rusiyanın Belqorod vilayətində yerləşən S-300 və S-400 hava hücumundan müdafiə batareyalarını hədəfə alıb və məhv edib”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
40
turkustan.az

10Mənbələr