AZ

“Kiyevin Rusiyanı bizim silahlarla vurması müharibəni Almaniyaya keçirəcək“ -Vaqenknext

"Ukrayna Silahlı Qüvvələrinin alman silahları ilə Rusiya Federasiyası ərazisindəki zərbələr endirməsi hərbi əməliyyatları Almaniya ərazisinə keçirəcək".

 News365.az xəbər verir ki, bunu alman siyasətçi Sara Vaqenknext deyib. Siyasətçi Almaniya kansleri Olaf Şolsun davranışlarını ölkənin təhlükəsizliyinə təhdid adlandırıb.

“Kim ki, alman silahları ilə aparılan döyüş əməliyyatlarını Rusiya ərazisinə köçürür, o da müharibəni Almaniya ərazisinə  daşımaq riski yaradır”, -Sara deyib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. Bəzi Qərb ölkələri artıq Kiyevə verdiyi ağır silahlardan Rusiya ərazilərinin də vurulmasına icazə verib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
40
news365.az

10Mənbələr