AZ

Kiyev Rusiyanı hansı alman silahları ilə vura biləcək? -“Bild“ detalları açıqladı

"Rusiya Federasiyasına aid ərazilərdə rus ordusuna hücumlar üçün iki alman silah sistemi - "Panzerhaubitze 2000" özüyeriyən haubitsa və "Mars II" zirehli raket sistemindən istifadə nəzərdən keçirilir". xəbər verir ki, bu barədə məşhur “Bild” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə alman silahları ilə zərbə endirmək radiusu elə də geniş sayılmamalıdır. Xaricdən hədəfləri vurmaq üçün maksimum zona 40 kilometrdən çox deyil. Eyni zamanda, Almaniya hökuməti Kiyevə uzaqmənzilli silahları, məsələn, məşhur "Taurus" qanadlı raketlərini (məhv etmə məsafəsi - 500 kilometr-red.) göndərməyə tələsmir.

“Almaniya hökumətinin bununla bağlı qərarı ABŞ prezidenti Co Baydenin Ukraynanın Rusiya ərazisinə hücum etmək üçün ona ötürülən Amerika silahlarından istifadə edə biləcəyini açıqlamasından dərhal sonra qəbul edilib. Düzdür, bu qərar alman silahlarından istifadədə olduğu kimi, yalnız Xarkov vilayətinin müdafiəsinə aiddir”, - nəşr yazıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
2
news365.az

10Mənbələr