AZ

Ukrayna Londonun icazəsi ilə Rusiya ərazisinə “Storm Shadow” raketi atdı...

Image

Böyük Britaniya Ukraynaya göndərdiyi “Storm Shadow” raketləri ilə Rusiyadakı hədəfləri vurmağa icazə verib.

Ukraynanın strateji sənaye sahələri nazirinin müşaviri Yuri Sak bu barədə “Bloomberg” agentliyinə müsahibəsində deyib. O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin artıq həmin raketlərdən istifadə etdiyini bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Kiyevə hərbi yardımı dəfələrlə artıran Qərb müttəfiqləri arasında tədarük olunan silahlardan istifadəyə dair məhdudiyyətlərlə bağlı fikir ayrılıqları mövcuddur. ABŞ və Almaniya göndərdikləri silahlarından Rusiya ərazisinə hücumlar üçün istifadə edilməsini dəstəkləmədiyi halda, Britaniya buna heç bir məhdudiyyət qoymur.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Londonun mövqeyini müharibənin birbaşa eskalasiyası kimi qiymətləndirib.

ZÜMRÜD





Seçilən
91
40
baki-xeber.com

10Mənbələr