AZ

Qazaxıstan Çinlə Transxəzər marşrutunun inkişafı ilə bağlı iki sazişi ratifikasiya edib

Milli Məclis (parlamentin aşağı palatası) bu gün keçirilən plenar iclasında Qazaxıstan və Çin Xalq Respublikası hökumətləri arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafına dair iki sazişi ratifikasiya edib.

“Report” bu barədə Qazaxıstan KİV-inə istinadən xəbər verir.

“Qazaxıstan ilə Çin hökuməti arasında TBNM-in inkişafı ilə bağlı ilk saziş avtomobil, dəmir yolu və dəniz nəqliyyat növlərindən səmərəli istifadəni, yüklərin daşınması üçün əlverişli şəraitin yaradılmasını, həmçinin TBNM-də əlavə tranzit həcmlərinin cəlb edilməsi üçün iki ölkənin ərazilərində logistika mərkəzlərinin inkişafını təmin edir”, - Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev sənədi deputatlara təqdim edərkən bildirib.

O qeyd edib ki, saziş Qazaxıstan və Çin arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafını nəzərdə tutur və iki ölkə arasında həyata keçirilən yükdaşımaların həcmini artıracaq: “Ümumiyyətlə, qanun layihəsinin qəbulu respublika büdcəsindən mənfi sosial-iqtisadi, hüquqi və (və ya) digər nəticələrə, habelə maliyyə xərclərinə səbəb olmur”.

M.Karabayevin sözlərinə görə, Çin artıq bu sənədi ratifikasiya edib: “Bundan əlavə, Milli Məclis Qazaxıstan və Çin hökumətləri arasında TBNM-in, o cümlədən “Çin və Avropa arasında konteyner qatarlarının inkişafı” haqqında Sazişi ratifikasiya edib”.

Sənədə əsasən, TBNM ilə yükdaşımaların potensial illik həcminin təsdiqlənməsi, TBNM-in neft kəməri, liman infrastruktur layihələrinin maliyyələşdirilməsində köməklik, habelə Qazaxıstan və Çin arasında tranzit yük daşımalarının həyata keçirilməsi gözlənilir.

Məlumata görə, 2024-cü ilin 4 ayının sonunda TBNM vasitəsilə yükdaşımaların həcmi ötən illə müqayisədə (2023-cü ilin 4 ayı - 1,2 milyon ton) 14 % artaraq 1,4 milyon ton təşkil edib. Daşınan əsas yüklər avadanlıq, istehlak malları, bitkiçilik məhsulları, tekstil, qara və əlvan metallar və s olub. 2023-cü ildə TBNM ilə yükdaşımaların həcmi 2022-ci illə müqayisədə 65 % artaraq 2,7 milyon ton (2022-ci ildə - 1,7 milyon ton) təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
25
report.az

10Mənbələr