AZ

Azərbaycan-Tacikistan arasında dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə uğurla inkişaf edir - ŞƏRH

Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında münasibətlərin qədim tarixi var və ənənələr bu gün də yaşayır. Bu gün Azərbaycan-Tacikistan arasında dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə uğurla inkişaf edir. Ölkələr arasında münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsində həm dövlətlər güclü siyasi iradə göstərirlər, həm də cəmiyyətlərdə buna böyük istək var. Hər iki ölkənin qarşılıqlı xoş münasibəti Prezident İlham Əliyevin aprel ayının 5-i Tacikistana uğurla baş tutan dövlət səfəri çərçivəsində keçirilən tədbirlərdə bir daha səmimiyyətlə vurğulanıb. Dövlətimizin başçısının Düşənbədə mətbuata verdiyi bəyanatda bildirildiyi kimi, hər iki ölkənin bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürləri var.

Ölkələr arasında münasibətlər xoş mərama əsaslanmaqla, eyni zamanda çox vektorlu olması ilə səciyyələnir. Bu mənada, siyasi dialoqun məmnunluq doğuran yüksək səviyyəsini qeyd edə bilərik. Azərbaycan-Tacikistan arasında diplomatic münasibətlər 29 may 1992-ci il tarixində qurulub. 2007-ci ildə Tacikistanda Azərbaycan səfirliyi, 2008-ci ildə isə Azərbaycanda Tacikistan səfirliyi fəaliyyətə başlayıb. Azərbaycan Prezidentinin Tacikistana bəhs olunan dövlət səfəri iki ölkə arasında diplomatic münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edir. Tacikistan Prezidentinin dəvəti əsasında baş tutan səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Qeyd edək ki, bu səfər Azərbaycan Prezidentinin Tacikistana sayca 5-ci səfəridir. Azərbaycan Prezidenti dost ölkəyə ilk səfərini 2007-ci ildə edib. Dövlətimizin başçısı bundan əvvəl 27-28 sentyabr 2018-ci il tarixində Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının toplantısında iştirak edib. O cümlədən, Tacikistanın Prezidenti Emoməli Rəhmon da bir neçə dəfə Azərbaycanda səfərdə olub. Azərbaycan ilə Tacikistan arasında qarşılıqlı səfərlər zamanı ölkələrimizin gündəliyinin actual məsələləri müzakirə olunub. Ölkələr ikitərəfli platformada olduğu kimi, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. Qeyd edək ki, Tacikistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən ölkələr sırasında yer alır.

Ölkələr arasında digər istiqamətlərdə də ikitərəfli əməkdaşlıq uğurla inkişaf edir. 7 fevral 2008-ci il tarixində Azərbaycanla Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb. Bu günə qədər komissiyanın 5 iclası keçirilib. Axırıncı iclas 22-23 fevral 2023-cü il tarixində Düşənbədə baş tutub. Ölkə rəhbərimizin Tacikistana baş tutan son səfərinədək iki ölkə arasında, ümumilikdə, 57 sənəd, həmçinin 15 mart 2007-ci iltarixində “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Bu sənədlər qarşılıqlı vizasız gediş-gəliş, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi, nəqliyyat, gömrük, qarşılıqlıyardım, turizm, standartlaşdırma, metrologiya, sertifikasiya, akkreditasiya və digər sahələrdə əməkdaşlıq üçün möhkəm hüquqi əsasları təmin edir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
25
sesqazeti.az

10Mənbələr