AZ

Könüllü fərdi qəza və xəstəlik sığortası üzrə döənişlər - 3 DƏFƏ ARTDI

 Azərbaycanda könüllü  fərdi qəza və xəstəlik sığortası üzrə yığımlar və ödənişlərin məbləği məlum olub.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 252 min manat təşkil edib.

 Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 335 min manat və ya 36% çoxdur.

2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 917 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 123 min  manat təşkil edib. Ödənişlərdə illik müqayisədə 83 min manat və ya 3 dəfə artım olub.

Hesabat dövründə zərərlilik göstəricisi isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4% artaraq 9,9%-ə yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
2
fed.az

10Mənbələr