AZ

Muxtar Babayevin "Monte Kristo" sevdası: HƏR GÜN HAVAYA BURAXILAN ZƏHƏRLİ TÜSTÜYƏ NİYƏ GÖZ YUMULUR

Zaman-zaman Bakı şəhərinin inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlardan havaya atılan tüstü axını və qoxu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən edilən tövsiyə və göstərişlərə əməl etməyən, müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa məhəl qoymayan ictimai iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülməyə başlanması barədə yazılara rast gəlirik. Real vəziyyət isə ürəkaçan deyil. Məsələ burasındadır ki, bəlli aylıq “tas” verən şadlıq sarayları Bakının səmasına hər gün tonlarla çirkab axıtmaqda davam edirlər.
Bakı şəhər, Binəqədi rayon, C.Xəndan küçəsində yerləşən “Monte Kristo” Şadlıq sarayı ilə bağlı redaksiyamıza şikayət ünvanlanıb. Həmin ərazidə yaşayan sakinlərin şikayətində qeyd olunur ki, hər gün axşam saat 18:00-dan başlayaraq 5-6 saat ərzində irimiqyaslı, çirkli hava tullatısı səmaya buraxılır: “Küçədə, evdə, iydən, qoxudan gəzə, istirahət edə bilmirik. Dəfələrlə aidiyyatı qurumlara şikayət etsək də, heç bir effekti yoxdur”.
Redaksiyamızın əməkdaşı axşam saatlarında sözügedən əraziyə gedib, katastrofik vəziyyəti lentə alıb. Bir balaca ağacın budağı kəsiləndə əraziyə toplaşan Ekologiya nazirliyinin əməkdaşları, nədənsə bu dəhşətli mənzərəyə “yaşıq işıq” yandırıblar. Görünən odur ki, “COP-29″a hazırlıq mərhələsində belə nazir Muxtar Babayev hansısa marağa görə bu kimi iyrənc mənzərələrə göz yummaqda israrlıdır.
Mövzunu davam etdirəcəyik.
7NEWS.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
5
yenigundem.az

10Mənbələr