AZ

“Torpaqlarımız işğal altında olanda bu nazirlik...”

Bu gün 23 may - Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının peşə bayramıdır.

 

Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ölkəmizdə ekoloji mühitin yaxşılaşması, təbiətin qorunması və zənginləşməsi istiqamətindəkı fəaliyyətinə toxunub:

 

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad olunmuş ərazilərimizdə təbiətin bərpası, yaşıllıqların salınması, su hövzələrinin, torpaq örtüyünün təmizlənməsi və s. ilə bağlı mühüm işlər həyata keçirməkdədir. Işğal dönəmində erməni faşizmi tərəfindən qırılan, məhv edilən meşələrin bərpası, yaşayış məntəqələrində yaşıllıqların salınması bu qurum tərəfindən uğurla həyata keçirilməkdədir.

Ümumiyyətlə, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikamızın hər bir bölgəsində ekoloji mühitin daha da yaxşılaşması, təbiətin qorunması istiqamətində səylə fəaliyyət göstərir.

 

Bir faktı da qeyd edim ki, hələ torpaqlarımız işğal altında olarkən bu nazirlik Qarabağdakı təbii sərvətlərimizin ermənilər tərəfindən talanmasının qarşısını almaq üçün uğurlu addımlar atmış, beynəlxalq miqyasda böyük əks-səda doğuran effektiv tədbirlər həyata keçirmişdir.

 

Mən peşə bayramı münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdşalarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram!”

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
45
moderator.az

10Mənbələr