AZ

Almaniya XİN rəhbəri Kiyevə gəlib

Almaniyanın xarici işlər naziri Annalena Barbok Kiyevə səfər edib. "Yeni Azərbaycan" "DPA" agentliyinə istinadən  yazır ki, diplomatın Ukraynaya səfəri əvvəllər təhlükəsizlik səbəbindən elan olunmamışdı.

Almaniya xarici işlər naziri Annalena Bärbokun Ukraynaya dəstək əlaməti olaraq Kiyevə gəldiyi qeyd olunur.

Qeyd edək ki, daha əvvəl Almaniya Müdafiə Nazirliyi bəyan etmişdi ki, 12 ölkə Almaniyanın Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək təşəbbüsünü dəstəkləməyi planlaşdırır. Vurğulandığı kimi, Danimarka, Belçika, Hollandiya, Norveç və Kanada maliyyə yardımı göstərəcək.


Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
50
yeniazerbaycan.com

10Mənbələr