Almaniyanın xarici işlər naziri Annalena Berbok elan edilməmiş səfərlə Ukrayna paytaxtına gəlib.
Azpost.info xəbər verir ki, bu barədə “Der Spiegel” yazıb.
“Səfərin məqsədi Ukraynanı əmin etməkdir ki, döyüş meydanında vəziyyətin pisləşməsinə baxmayaraq, Almaniya və Avropa Kiyevi dəstəkləməyə davam edəcək və yardımı dayandırmayacaq”, – nəşr qeyd edir.
Berbokun Xarkova səfəri təhlükəsizlik səbəbindən ləğv edilib. Gecə Xarkov növbəti atəşə məruz qalıb.
Almaniya XİN rəhbəri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə çağırıb
Azpost.info