Almaniyanın xarici işlər naziri Annalena Barbok Kiyevə səfər edib. "Yeni Azərbaycan" "DPA" agentliyinə istinadən yazır ki, diplomatın Ukraynaya səfəri əvvəllər təhlükəsizlik səbəbindən elan olunmamışdı.
Almaniya xarici işlər naziri Annalena Bärbokun Ukraynaya dəstək əlaməti olaraq Kiyevə gəldiyi qeyd olunur.
Qeyd edək ki, daha əvvəl Almaniya Müdafiə Nazirliyi bəyan etmişdi ki, 12 ölkə Almaniyanın Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək təşəbbüsünü dəstəkləməyi planlaşdırır. Vurğulandığı kimi, Danimarka, Belçika, Hollandiya, Norveç və Kanada maliyyə yardımı göstərəcək.
Havar Şəfiyeva