AZ

Almaniyadan Ukraynaya yeni YARDIM – Təhlükəsizlik üçün büdcə…

Almaniyanın xarici işlər naziri Annalena Berbok ölkənin Müdafiə Nazirliyinin cari maliyyə ilində Ukraynaya yardımı 3,8 milyard avro artırmaq çağırışını dəstəkləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qərbi Avropa ölkəsinin baş diplomatı “Bild” qəzetinə müsahibəsində söyləyib. O, təhlükəsizlik üçün büdcə lazım olduğuna diqqət çəkib. Nazir öz mövqeyini Avropada təhlükəsizlik vəziyyətinin dəyişməsi ilə əsaslandırıb.

“Belə bir müstəsna vəziyyətdə, fikrimcə, istisna büdcədə müvafiq olaraq öz əksini tapmalıdır”, – deyə Berbok qeyd edib. Bu, onun fikrincə, “xeyli pul” tələb edir.

Xatırladaq ki, ötən gün Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynada səfərdə olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
200
4
nocomment.az

10Mənbələr