AZ

Ukraynanın daha çox hava hücumundan müdafiə sisteminə ehtiyacı var - Berbok

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynanı Rusiya hücumlarından qorumaq üçün təcili olaraq daha çox hava hücumundan müdafiə sisteminin lazım olduğunu deyib.

525.az xəbər verir ki, Berbok Kiyevə səfərindən əvvəl verdiyi açıqlamada: "Ukraynanı Rusiyanın raket və pilotsuz təyyarələrinin hücumlarından qorumaq üçün təcili olaraq daha çox hava hücumundan müdafiə sisteminə ehtiyacı var. Ukrayna hava hücumundan müdafiə qüvvələrinə əlavə dəstək vermək üçün indiyədək 1 milyard avroya yaxın vəsait topladıq və bunu artırmaq üçün çox çalışırıq. Hətta əlavə hava hücumundan müdafiə sistemi olan Patriot bölməsi üçün də hərəkətə keçdik", - deyə bildirib.

Məhəmməd Tağıyev






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
223
50
525.az

10Mənbələr