AZ

İsrail ordusunun itkiləri artdı


İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı yaralanan bir hərbçinin öldüyünü təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinə istinadla “The Times of Israel” nəşri məlumat yayıb .
Nəşr qeyd edib ki, mayın 15-də Qəzza zolağının şimalında döyüşlər zamanı ağır yaralanan IDF zabiti, 24 yaşlı mayor Qal Şabbat aldığı yaralardan dünyasını dəyişib. Ölən IDF hərbçisi Paraşüt Briqadasının 202-ci Batalyonunun rota komandiri olub.
Məlumata görə, İsrail ordusunun Qəzza zolağına qurudan hücumu başlayandan bəri İsrail 283 hərbçisini itirib. Fələstin-İsrail münaqişəsinin yeni raundunda həlak olan İsrail hərbçilərinin ümumi sayı isə 631-ə çatıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
50
yeniavaz.com

10Mənbələr