AZ

CNN: "Si Szinpinin səfəri Aİ ölkələri arasında fikir ayrılıqlarını göstərdi"

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Szinpinin Avropaya səfəri Avropa İttifaqı (Aİ) daxilində mövcud olan fikir ayrılıqlarına diqqət çəkib. 

HİT.az xəbər verir ki, bu barədə CNN analitiklərə istinadən yazıb.

Qeyd olunur ki, Serbiya və Macarıstan liderləri Aleksandr Vuçiç və Viktor Orban Si Szinpin və xanımı Penq Liyuanı şəxsən qarşılayıblar. Telekanal qeyd edir ki, eyni zamanda, digər Avropa liderləri Çin Xalq Respublikasının sədrini və onun xanımını daha təmkinli qəbul ediblər.

"Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Çin liderinə təzyiq göstərməyə çalışıb, həmçinin onun Rusiya prezidenti Vladimir Putinlə Çində görüşünü diqqətlə izləyəcəklərini bildiriblər", deyə materialda qeyd edilir.

Asiya Cəmiyyəti Siyasəti İnstitutunun Çin Təhlili Mərkəzinin baş əməkdaşı Filip Le Korre, Belqrad və Budapeştin Si Szinpinin Avropa marşrutuna daxil edilməsinin Parisi utandırdığını, lakin Çinin Avropada dostlarının olduğunu göstərdiyini bildirib:

"Macarıstan və Serbiya bizim iş görə biləcəyimiz əsl dostlardır".

Mayın 10-da Macarıstanın baş naziri Viktor Orban bildirib ki, hələ 2009-cu ildə müxalifət lideri olarkən o zaman Çin Xalq Respublikasının sədr müavini postunu tutan Si Szinpinlə iki ölkə arasında münasibətləri inkişaf etdirmək və möhkəmləndirmək barədə razılığa gəlib. 

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
232
50
hit.az

10Mənbələr