AZ

“Turan Tovuz” legioneri ilə müqaviləni uzadacaq

"Turan Tovuz" legionerlərdən biri ilə müqavilə müddətini artıracaq. 

Bizim.Media xəbər verir ki, Tovuz təmsilçisi Brunao ilə yeni müqavilə üçün razılıq əldə edib.

Belədə, tərəflər daha bir illik müqavilə üçün ortaq məxrəcə gəliblər. Braziliyalı müdafiəçinin müqavilə müddəti mövsümün sonuna qədər idi.

27 yaşlı futbolçu Azərbaycana gələnə qədər "Vila Nova", "Aroka", "Leykşoeş" klublarında oynayıb. O, mövsümün əvvəlində "Turan Tovuz"la müqavilə imzalamışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
15
Mənbələr
Şərh ()
Bağla