AZ

Azərbaycan Premyer Liqası: "Səbail" "Turan Tovuz"la heç-heçə edib

Azərbaycan Premyer Liqasında XXVIII turun növbəti oyunu keçirilib.
 
Moderator.az-ın məlumatına görə, “Səbail” “ASCO Arena”da “Turan Tovuz”u qəbul edib.
 
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
 
“Səbail”in heyətində 21-ci dəqiqədə Pedro Nuno hesabı açsa da, ilk hissəyə artırılmış 4-cü dəqiqədə "Turan Tovuz"un oyunçusu Fərid Nəbiyev penaltini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib.
 
Hesabında 38 xal olan "Səbail" turnir cədvəlində 6-cı, "Turan Tovuz" isə 36 xalla 7-ci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, tura martın 31-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
15
Mənbələr
Şərh ()
Bağla