AZ

Juninyo Fransa klubu ilə anlaşıb?

"Qarabağ"ın forvardı Juninyo karyerasını Fransada davam etdirə bilər. 

Bizim.Media xəbər verir ki, "Tuluza" braziliyalı hücumçunun keçidində maraqlıdır. 

Hətta bu məsələdə Fransa klubunun rəsmisi Damien Komollinin həlledici rol oynadığı bildirilir.

Mövsümün sonunda Juninyonun “Qarabağ”dan ayrılaraq “Tuluza” ilə rəsmi müqavilə imzalayacağı iddia olunur. 
"Qarabağ"a mövsümün əvvəlində keçən 27 yaşlı hücumçu 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
15
bizim.media

10Mənbələr