AZ

“Turan Tovuz” Portuqaliyadan qapıçı gətirir

“Turan Tovuz” heyətinə yeni qapıçı cəlb etmək istəyir. 

Bizim.Media xəbər verir ki, qərb təmsilçisi hazırda legioner qolkiperlə danışıq aparır. 

Söhbət Portuqaliyanın “Şaveş” klubunun üzvü Rodriqo Mouradan gedir. Əslən braziliyadan olan futbolçunun hazırkı klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. 
Əgər “Turan Tovuz” qolkiperlə razılığa gələ bilsə, o, yeni mövsümə Azərbaycanda başlaya bilər. Qeyd edək ki, Rodriqo Moura əvvəllər Portuqaliyanın digər klublarında da çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
15
Mənbələr
Şərh ()
Bağla