AZ

Erlinq Haland “Mançester Siti”yə uğur qazandıran ayindən danışdı

“Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland “şəhərlilər”ə uğurlar gətirən ayindən söhbət açıb.

Arena.az “Goal” dərgisinə istinadən, “qolçu vikinq”in bu barədə sözlərini təqdim edir:

“Bonsay ağacını sulamaq və düzgün işıqlandırmaq lazımdır. Komanda ondan güc alır. Biz onu çölə çıxarırıq və o bizə hopur. Bu, komandaya uğurlar gətirir”, deyə Haland maraqla bildirib.

Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 35 oyuna çıxıb. 23 yaşlı forvard bu matçlarda 29 qol vurub və 6 məhsuldar ötürmə verib. Halandın “Mançester Siti”nin heyətində ümumi statistikası isə belədir: 88 oyun, 81 qol, 15 məhsuldar ötürmə. Norveçli qolçu həmçinin İngiltərə Premyer Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 18 qol.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.

Erlinq Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 31 oyun keçirib. O, bu oyunlarda 27 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı üç futbolçusundan biri olduğu deməkdir.

Seçilən
179
4
Mənbələr
Şərh ()
Bağla